Qayıq qəfil tərs çevrildi ölənlər var

10 Sentyabr 2022 16:28 (UTC+04:00)

Yeni Zelandiyadakı inanılmaz anlar bunu eşidənlərin qanını dondurub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, icarəyə götürdükləri qayığın qəfil tərs çevrilməsi nəticəsində 5 nəfər həyatını itirib. Qayıqda olan 6 nəfərin xilas edildiyi açıqlanıb.

Polisin bildirdiyinə görə, 8,5 metrlik qayıq Cənubi Ada şəhəri Kaikoura yaxınlığında aşıb. Polis qəzanın səbəblərini araşdırmanın davam etdiyini bildirib.