Məşhur aktrisanın bacısı ortaya çıxdı - FOTO

10 Sentyabr 2022 04:55 (UTC+04:00)

Hazırda 2 ay yarımlıq hamilə olan türkiyəli məşhur aktrisa Fahriye Evcenin bacısı Demet Evcen ortaya çıxıb. SİA xəbər verir ki, böyük bacısı Fahriye Evcen kimi Demet Evcen də gözəlliyi ilə diqqət çəkib. 2017-ci ildə ailə quran Burak Özçivit və Fahriye Evcen cütlüyü xoşbəxt evliliklərini Karan adlı oğulları ilə taclandırıb. Uzun fasilədən sonra setlərə qayıdan Fahriye Evcen qısa zamanda serialdan ayrılıb və pərəstişkarları kifayət qədər təəccüblənib.

36 yaşlı gözəl aktrisa Fahriye Evcenin 2,5 aylıq hamilə olduğu ortaya çıxıb. Atdığı hər addımla gündəmdə olan Fahriye Evcenin ailə üzvləri də maraq doğurur.