“PSJ İkardinin maaşının 6 milyonunu, "Qalatasaray" isə 750 min avronu verəcək. PSJ üçün uğursuzluq, “Qalatasaray” üçün böyük uğurdur". SİA xəbər verir ki, bu sözləri məşhur fransız jurnalist Daniel Riolo deyib.
Onun sözlərinə görə, İkardinin şərtləri PSJ üçün fiaskodur: "Bu, "Qalatasaray" üçün inanılmaz bir transferdir".
Digər tərəfdən, İkardinin həyat yoldaşı və meneceri Vanda Nara sosial media hesabından transferin detallarını açıqlayıb: "Mən o vaxt Argentina ilə Mayami arasında gedib-gəlirdim. Avqustun 18-də evə qayıtmazdan əvvəl birdən özümü İstanbulda tapdım. Mauro ilə transfer danışıqlarını aparmaq üçün gizlicə gəldim və gəmidə görüşdüm. Biz bir ailəyik və ailə üçün ən yaxşı qərarı verməliyik. Ən yaxşı qərarı biz verdik".