Mağazada doğan qadın...körpəni qoyub qaçıb

10 Sentyabr 2022 00:53 (UTC+04:00)

Rusiyanın Voronej şəhərindəki mağazalar şəbəkəsinin birində dünyaya uşaq gətirən qadın doğum evindən qaçıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "Moe Online" regional Səhiyyə Departamentindən məlumat verib.

...Uşaq isə hələ ki, uşaq xəstəxanasındadır.

Beləliklə, avqustun 30-da səhər saatlarında Nevski küçəsində yerləşən marketə təxminən 40 yaşlı qadın gəlib. O, ağrıdan qışqıraraq, kömək istəyib. Dərhal təcili yardım çağırılsa da, həkimlər uzun müddət mağaza binasını tapa bilməyiblər. Nəticədə “mamaçalığı” gənc kassir etməli olub.

Nəhayət hadisə yerinə gələn həkimlər doğmuş qadını uşağı ilə birgə perinatal mərkəzə aparıblar.

Sonradan körpə qənaətbəxş vəziyyətdə uşaq xəstəxanasına köçürülüb, anası isə perinatal mərkəzdən qaçıb.

Nazlı Almuradova