iPhone 14 Pro almaq üçün hansı ölkədə nə qədər iş görülməlidir? - FAKTLAR

9 Sentyabr 2022 23:12 (UTC+04:00)

Dünyanın nəhəng texnologiya şirkəti Apple-ın Ayfon (iPhone) seriyasının yeni modeli Ayfon 14 canlı olaraq təqdim edilib. Bəs, Ayfon 14 Pro almaq üçün hansı ölkədə nə qədər iş görülməlidir? SİA olaraq həmin rəqəmləri sizə təqdim edirik:

Türkiyədə Ayfon 14 Pro-nun satış qiyməti 39 min 999 lirə olaraq açıqlanarkən, Ayfon 14 Pro Max-ın 43 min 999 lirədən satılacağı bildirilib. Beləliklə, Ayfon 14 pro almaq üçün insanların neçə gün işləməsi lazımdır?

ABŞ: 8 gün

Avstraliya: 6 gün

Almaniya: 10 gün

Fransa: 11 gün

İtaliya: 13 gün

İsveçrə: 5,5 gün

Böyük Britaniya: 13 gün

İspaniya: 13 gün

Yunanıstan: 28 gün

Türkiyə: 218 gün

Ayfon 14 Pro 128 GB modeli əsasında hesablamaya görə, Türkiyədə bir şəxs sadəcə Ayfon 14 Pro-nun vergisini ödəmək üçün 3,5 ay işləməli olur.