“Bu gün Milli qanunvericilik bazamız “E-qanun” artıq mobil tətbiq versiyasında təqdimatda istifadəyə veriləcək”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Qanunvericilik baş idarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “E-qanun.az” saytı 2016-cı ildən Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilib: “Bu da normativ sənədlərin əldə olunması əhalinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədilə yaradılıb. Bu sayt yarandığı vaxtdan ödənişsiz fəaliyyət göstərir. Sayt özündə çox funksiyalılığı ilə fərqlənir. Hazırda saytın mobil təqdimatı keçiriləcək”.
Arzu Qurbanlı