"Meymun çiçəyi" virusu daha bir ölkəyə yayıldı - DİQQƏT!

9 Sentyabr 2022 00:05 (UTC+04:00)

İordaniyada "meymun çiçəyi" virusuna ilk yoluxma halı aşkarlanıb. SİA xəbər verir ki, İordaniya Səhiyyə Nazirliyi ölkədə ilk "meymun çiçəyi" xəstəliyinin müşahidə edildiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada, ötən ay Avropanın bir çox ölkəsinə səfər edən otuz yaşlarında olan vətəndaşda avqustun 25-də yüksək hərarət, boğaz ağrısı, limfa düyünlərində şişlik, əzələ ağrıları kimi simptomların əmələ gəldiyi bildirilib.

Açıqlamada xəstənin əvvəlcə boğaz iltihabı diaqnozu ilə müalicə olunduğu, lakin 5 gündən sonra üzündə və əllərində dəri qabarcıqlarının əmələ gəldiyi bildirilib. Bu gün nəticənin müsbət olduğu qeyd edilib.

Qeyd edək ki, adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.