Bu, ötüb keçməkdə olan yay Avropada meteoroloji müşahidələr tarixində ən isti yay idi.
SİA-nın əldə etdiyi məlumata görə, “France Info” bu barədə Kopernik Yerin Zondlanması üzrə Avropa Kosmik Proqramının məlumatlarına istinadən xəbər verir.
Beləlilə, proqram hesabatında deyilir ki, iyundan avqusta qədər olan temperatur keçən yay müəyyən edilmiş əvvəlki rekordu üstələyib. Qitənin müxtəlif bölgələrinin peyk şəkillərində yağıntıların olmaması səbəbindən bitki örtüyünün dəyişməsi qeydə alınıb ki, bu da rekord quraqlıqdan xəbər verir.
Bundan əlavə, hesabatda bildirilir ki, Avropada ötən yay istiləşmə ilə bağlı təbii fəlakətlərin sayı da artıb. Belə ki, Avropa İttifaqının yarıdan çoxu bu il quraqlıq və meşə yanğınlarından zərər çəkib. Avqustun sonunda Avropanın quraqlıqdan quruyan və dayazlaşan çay, göl və su anbarlarının “quru turizm” adlanan bumuna səbəb olduğu bildirilirdi.
Bu gün binlərlə turistin ziyarət etdiyi obyektlər İkinci Dünya Müharibəsinin döyüş gəmiləri, kilsələrin xarabalıqları və bir vaxtlar su altında təhlükəsiz şəkildə gizlənmiş qədim meqalitlər idi.
Ağasəf Babayev