Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz artıraraq 85,9 milyon dollara çatdırıb.
SİA xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, avqust ayında Türkiye Azərbaycana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 2,6 faiz artıraraq 10,7 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 15,3 milyard dollara bərabər olub.
Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 18,9 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiye 24,4 milyard dollar məbləğində polad ixrac edib.