Nyu-York polisi 19 milyon dollar dəyərində olan və oğrular tərəfindən talan edilən sənət əsərlərini İtaliyaya təhvil verəcək. Bu əsərlər içində ən qiymətlisi eramızdan əvvəl 200-cü ilə aid olan və hərb, zəfər ilahəsi Afinanın mərmər başıdır və onun dəyəri təxminən 3 milyon ABŞ dollarına bərabərdir. SİA-nın əldə etdiyi məlumata görə, əsər 1996-cı ildə İtaliyadakı məbəddən oğurlanıb.
BBC agentliyi bildirib ki, oğrular Afinanın mərmər başını amerikalı milyarder Mixael Steinharta (Michael Steinhardt) satıblar. ABŞ hüquq-mühafizə orqanlarının araşırmalarından sonra ona əşyaların qeyri-qanuni qaçaqmalçılıq yolu ilə gətirildiyi sübuta yetirilib. Steinharta antik əşyalar almaq qadağan edilib.
Amerikalı milyarder 2021-ci ildə 70 milyon dollar dəyərində xəzinəsini təhvil verdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmayacaq.