Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyanın həkim-laborantları Reyhan Əliyeva və Səbinə İbrahimova 7-8 sentyabr 2022-ci il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən keçirilən "Yeni nəsil genom ardıcıllığının və molekulyar müşahidə bioinformatikasının əsasları" mövzusunda təlimdə iştirak ediblər. SİA xəbər verir ki, tədbirdə ictimai sağlamlıq baxımından genom sıralamasında vacib rolu olan patogenlər və onların ÜST üçün əhəmiyyətindən danışılıb. Eyni zamanda yeni nəsil genom ardıcıllığının tələblərinə cavab verən Laboratoriya infrastrukturu, avadanlıqları və reaktivləri, nümunə və arxivlərin hazırlanması, keyfiyyətə nəzarət və uyğunsuzluqların aradan qaldırılması, genom sıralanması əsasları və müxtəlif ardıcıllıq platformaları haqqında haqqında məlumat verilib.