Aksessuarları ilə diqqət çəkdi

8 Sentyabr 2022 12:13 (UTC+04:00)

ABŞ-ın Nyu-York şəhərində "Harlem Fashion Rov"un 15-ci ildönümü münasibətilə keçirilən tədbirdə 56 yaşlı məşhur müğənni Canet Jackson "İlin İkonu" mükafatına layiq görülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ceksonun mükafatlandırma mərasimində geyindiyi paltar qədər Afrikadan ilham alan aksessuarlar da diqqət çəkib.

Qeyd edək ki, Çin Moda Həftəsi çərçivəsində paytaxt Pekində keçirilən moda nümayişində modellər Asiya mədəniyyətindən ilhamlanan dizaynları nümayiş etdiriblər.

Ayşən Vəli