“Oktyabr ayının sonunda bağça müdirlərinin işə qəbulu ilə bağlı müsabiqə keçiriləcək”. SİA xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, müsabiqə test və müsahibə mərhələsindən ibarət olacaq: “Bununla məktəbəqədər təhsil müəssisələrinə rəhbər şəxslərin qəbul olunmasında da şəffaflığa nail olmaq istəyirik. Yaxın illərdə ərzində bu işlərin görülməsi məktəbəqədər təhsilin inkişafına kömək edəcək”.