“1500-dən çox bağçada monitoriqlər aparılıb. Bu monitoriqlərin məqsədi mövcud vəziyyəti başa düşmək idi”. SİA xəbər verir ki, bu fikirləri Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinə verilməsindən sonrakı müddətdə 1700 bağçanın 1500-də monitorinq keçirilib: “Bağçaların hər biri ayrı-arılıqda yerli icra hakimiyyəti tərəfindən idarə olunduğu üçün burada vahid bir yanaşma olmayıb. Monitoriqlərin təhlilindən sonra vahid məlumat sisteminin yaradılması ilə bağlı qarşıya məqsəd qoyuldu. Çünki bəzən bağçaya gəlməyib adı sənəddə olan uşaq var idi. Məlumat bazası artıq formalaşdırılıb. İki ay müddətində uşaqların qeydiyyatı ilə bağlı çox şikayət olurdu. Artıq məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu iyulun 22-dən elektronlaşdırıldı. Bəzi çətinliklər hələ də var, çünki bu, yeni fəaliyyətdir".