ÜST-dən COVİD-19 və meymunçiçəyi ilə bağlı AÇIQLAMA

8 Sentyabr 2022 00:32 (UTC+04:00)

COVİD-19 və meymunçiçəyi viruslarında dünya üzrə yoluxmalarda azalma müşahidə edilir. SİA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus pandemiyalarla bağlı son vəziyyət haqqında danışarkən bildirib. Ghebreyesus həftəlik ölümlərdə də azalma müşahidə edildiyini vurğulayıb. "COVİD-19 mənşəli ölümlərin sayı fevral ayından bəri 80% azalıb. ÜST üzvü olan ölkələr pandemiya ilə mübarizələrini davam etdirməlidirlər", - deyə Ghebreyesus əlavə edib.