Beynəlxalq “Kitab sənəti” adlı müsabiqənin təltifolunma mərasimi keçirilib - FOTOLAR

7 Sentyabr 2022 22:25 (UTC+04:00)

Moskva şəhərində keçirilən 35-ci Moskva Beynəlxalq Kitab Sərgisi başa çatıb. Sərgi çərçivəsində təşkil olunmuş 19-cu Beynəlxalq “Kitab sənəti” adlı müsabiqənin təltifolunma mərasimində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov iştirak edib.
Nazirlikdən SİA-ya bildirilib ki, müsabiqənin təltifolunma mərasimində “Elm və Təhsil”, “İllüstrasiya incəsənəti” və “Mənim ölkəm” adlı nominasiyalarda 3 ədəd birinci dərəcəli diplom, habelə digər nominasiyalarda 4 ədəd ikinci dərəcəli diplom, 3 ədəd üçüncü dərəcəli diploma isə Azərbaycan tərəfi layiq görülüb. Sözügedən nominasiyalar üzrə diplomlar İ.Hüseynova təqdim olunub.

Tədbirdə İ.Huseynov çıxış edərək Mədəniyyət Nazirliyi adından tədbir təşkilatçılarına minnətdarlığını bildirib.