Xərçəngin ən aqressiv formasını müalicə etmək yolu tapılıb

7 Sentyabr 2022 20:58 (UTC+04:00)

Alimlər xərçəngin ən aqressiv formasını - kiçik hüceyrəli ağciyər xərçəngini eksperimental yolla sağalda biliblər.
SİA bu barədə rus saytlarına istinad edir.

“Cancer Discovery” jurnalının məlumatına görə, araşdırma Sent-Luisdəki Vaşinqton Universiteti, Qrenobl Alpləri Universiteti və Texas Universitetinin əməkdaşları tərəfindən aparılıb. Onlar yeni dərmanı köhnəlmiş dərmanla birləşdirərək siçanlarda şişlərin böyüməsini dayandırmağa nail olublar.

Həkimlər insan SCLC hüceyrələrini gəmiricilərə köçürüblər və bir qrupu siklofosfamidlə, digərini SMYD3 inhibitoru ilə, üçüncüsü hər iki dərmanla müalicə ediblər, dördüncüsü isə ümumiyyətlə müalicə olunmayıb. Nəticədə, həm siklofosfamid, həm də SMYD3 verilmiş siçanlarda şişlər böyüməyi dayandırıb.

Xərçəngi kimyaterapiyaya müqavimət göstərmiş bir insanda şişlərin olması halında bu cür müalicə yaxşı nəticələr göstərib.

...Qeyd edək ki, kiçik hüceyrəli ağciyər xərçənginə ən çox siqaret çəkənlərdə rast gəlinir, şişdə isə dərmanlara qarşı müqavimət sürətlə inkişaf edir.

Nazlı Almuradova