“Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin”

7 Sentyabr 2022 13:59 (UTC+04:00)

“Müəllim sertifikasiyanın ikinci mərhələsində uğur qazanmasa və ya üzrsüz səbəbdən iştirak etməzsə, əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq”. SİA xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır, artıq müsahibə komissiyaları yaradılıb: “Müsahibə bəzi müəllimlərlə ənənəvi, bəziləri ilə isə onlayn formatda olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin”.

Ayşən Vəli