“Bu ilin ən böyük sevindirici halı müəllim, direktor və direktor müavinlərinin təhsil haqqına olunan əlavədir”. SİA xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, bu da mərhələli həyata keçiriləcək və sertifikasiya ilə paralel aparılacaq: “Əməkhaqqı təhsil işçilərinin bilik haqqına görə təyin olunacaq. 2026-ci ildə müəllm, direktor və direktor müavinlərinin aldığı əməkhaqları dəyərinin yarım milyarddan çox olması proqnozlaşdırılır”
Ayşən Vəli