“Təhsil sahəsində əlverişli şərait yaradılıb” - BŞTİ MÜDİRİ

7 Sentyabr 2022 11:26 (UTC+04:00)

“Bakıda istər məktəbəqədər, istərsə də ümumi təhsil pilləsində əlçatanlıq təmin olunub. Bəzi ərazilərdə sıxlıq müşahidə olunsa da, hər il dövlət tərəfindən tədbirlər həyata keçirilir”. SİA xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva bu gün keçirilən Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, bağçalara uşaqların qəbulu elektron sistemlə həyata keçirilir: “4 bağça əsaslı təmir olunaraq fəaliyyətə başlamalıdır. Bu da sıxlığın aradan qaldırılması üçün zəmin yaradacaq.

18 bağçada isə cari təmir işləri başa çatdırılmışdır”.

Ayşən Vəli