Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya ayaq basıb. SİA xəbər verir ki, Bosniya və Herseqovinadakı təmaslarından sonra Belqrada gələn Ərdoğan Nikola Tesla hava limanında Serbiya prezidenti Aleksandr Vuçiç, həmçinin Serbiyanın Ankaradakı səfiri Zoran Markoviç, Türkiyənin Belqraddakı səfiri Hami Aksoy, Novi Pazarın baş konsulu Başar Başol və Səfirliyin əməkdaşları tərəfindən qarşılanıb.
Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Hulusi Akar, sənaye və texnologiya naziri Mustafa Varank, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, Ticarət naziri Mehmet Muş, Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, AK Partiyanın sədr müavini Numan Kurtulmuş və s. digərləri Belqrada gəlib. Hava limanından ayrılan Ərdoğan və onu müşayiət edən heyət qalacaqları otelə gedib.