Qazaxıstanın Avropa ölkələrinə kömür ixracı cari ilin 7 ayında 6,4 milyon tonla rekord səviyyəyə çatıb.
SİA bildirir ki, “İnfoburo” xəbər saytının məlumatına görə, Qazaxıstan 2022-ci ilin yanvar-iyul aylarında Avropaya 371,8 milyon dollar kömür ixrac edib.
Qazaxıstanın sözügedən dövrdə Avropa ölkələrinə cəmi 6,4 milyon ton kömür ixrac etdiyi, bununla da kömür ixracının rekord səviyyəyə çatdığı bildirilib.
Ötən il Qazaxıstandan Avropaya kömür ixracı 5,2 milyon ton, əvvəlki illərdə isə bu, 4 milyon tonu keçmirdi.
İsveçrə (4,5 milyon ton), Polşa (723 min ton) və Belçika (213 min ton) bu il Avropada Qazaxıstan kömürünün ən böyük alıcıları arasında olub. Bundan əlavə, Bolqarıstan, İngiltərə, Lixtenşteyn, Rumıniya və Latviya da siyahıdadır.