...2022-ci ilin birinci yarısında Rusiyanı 419 min nəfər tərk edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RBC” “Rosstat”a istinadən xəbər verir.
Beləliklə, əgər 2021-ci ilin birinci yarısında Rusiyada miqrasiya artımı 114,2 min nəfər təşkil edibsə, bu ilin birinci yarısında 96,7 min nəfər azalma qeydə alınıb.
Rusiyadan MDB ölkələrinə 368 min nəfər gedib, 294 min nəfər geri qayıdıb (miqrasiya axını 2021-ci ildəki 111 min artıma qarşı 73 min nəfər təşkil edib). 50 mindən bir qədər çox insan MDB-dən kənar ölkələrə gedib, 27 min nəfər geri qayıdıb (2021-ci ildə 2,5 min artıma qarşı mənfi 23 min).
Ən çox insan Ukraynaya (79,6 min), Tacikistana (58,4 min), Ermənistana (49 min), Qırğızıstana (43,6 min), Qazaxıstana (40,7 min) və Özbəkistana (38,6 min) gedib. MDB-yə daxil olmayan ölkələr arasında liderlər Çin (6,6 min), Vyetnam (5,4 min) və Hindistan (4,1 min) olub.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya hökumətinə təqdim edilən “uzun və dərin” tənəzzül proqnozu, o cümlədən 2025-ci ilə qədər 200 minə qədər informasiya texnologiyaları mütəxəssisinin ölkədən getməsi barədə məlumat vermişdi.
Ağasəf Babayev