"Hazırda birqadalar qəza yerində çalışır" - "AZƏRİŞIQ"

5 Sentyabr 2022 23:12 (UTC+04:00)

Lənkəranda güclü külək səbəbindən elektrik enerjisinin verilişindəki fasilə 1 saat sonra bərpa olunacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, hadisədən dərhal sonra qurum əməkdaşları qəza baş verən əraziyə baş çəkib.

Hazırda birqadalar qəza yerində çalışır.

Qarşıdakı 1 saat ərzində elektrik enerjisi təchizatı bərpa ediləcək