Kremlin sözçüsü Dmitri Peskov Rusiya lideri Putinin keçiriləcək VII Şərq İqtisadi Forumunda qlobal proseslərlə bağlı çıxış edəcəyini və onun Ukrayna ilə bağlı yeni açıqlamalar verməsini gözlədiyini deyib. SİA rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ölkənin şərqində Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumuda iştirak edəcək.
Peskov Vladimir Putinin beynəlxalq ticarət və iqtisadi əlaqələrə, çətin siyasi konyukturaya və ümumilikdə hər şeyi təsir edə biləcək qlobal proseslərə diqqət yetirəcəyinə işarə edib.
Qeyd edək ki, Forumun plenar iclası sentyabrın 7-də keçiriləcək.