Super Liqanın 5-ci həftəsində "Fənərbaxça" "Kayserispor"u 2:0 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən "Fənərbaxça"nın təcrübəli məşqçisi Jorge Jesus transferi bağladıqlarını açıqlayıb.
Jorge Jesus bunları deyib: ""Fənərbaxça" bu gün gözəl oyun nümayiş etdirdi. Rəqibimizin 75-ci dəqiqəyə kimi qol tapmaq üçün zərbəsi olmadı. İlk mövqeyimizi 85-ci dəqiqədə verdik. İlk hissədəki çıxışımız rəqibi yordu. "Fənərbaxça"nı bu cür oyun üçün fiziki olaraq bəyənirəm. Matçda yaxşı olmadığımız anlar ola bilər, o anlarda azarkeşlərimiz bizim üçün çox önəmlidir, onlar böyükdür, bizim üçün çox önəmlidir. Həftə ərzində yenidən Kiyev “Dinamo”su ilə oynayacağıq. “Fənərbaxça”nın Avropa Liqasında olması önəmlidir. Biz güclü qrupa düşmüşük, lakin son 16-da qalmaq istəyirik. Bu il ən vacib hədəfimiz liqadır, lakin biz Avropada bacardığımız qədər irəli getmək istəyirik. Batşuayi ötən il Türkiyədə çıxış edib. Belçika millisinin hücumçusu çox yaxşı tanıdığım və xüsusiyyətlərini bəyəndiyim oyunçudur. Hücumçu üçün 3 variantımız var idi. Batşuayi ən uyğun oyunçu idi. Xüsusiyyətləri ilə seçimlərimiz arasında ən yaxşısı idi. Transfer mövsümünün sonuna qədər başqa transfer etməyəcəyik. Xarici kvota doludur. Türkiyə Liqasında buna əməl etməliyik. "Fənərbaxça"nın heyəti tamamlandı. Yanvar ayına qədər belə davam edəcəyik”.