Avtomobillər toqquşub, xəsarət alanlar var

4 Sentyabr 2022 00:57 (UTC+04:00)

Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. SİA xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinin hər ikisi yoldan çıxaraq ağaclara çırpılıb.

Qəza zamanı 3 nəfər (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.