Türkiyədə zəlzələ olub

3 Sentyabr 2022 10:04 (UTC+04:00)

Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ 5,3 bal gücündə qeydə alınıb.

Yeraltı təkanların dərinliyi 6,76 km olaraq hesablanıb.