Ukraynada müharibə olmasına baxmayaraq məktəblər açılıb və prezident Zelenski məktəbliləri ziyarət edib. SİA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski rəsmi instagram səhifəsində paylaşıb. Ukrayna lideri yeni dərs ilində müharibəyə rəğmən öyrənən və öyrədənlərə uğurlar arzulayıb.
Onun sözlərinə görə, müharibəyə görə öz məktəblərində dərs ala bilməyən şagirdlər, onlayn dərslərə qoşulan və ya yeni dərs ilində ölkədən ayrı başlayan şagirdlərlə qürur duymaq lazım olduğunu bildirib. Eyni zamanda, prezident bütün şagirdlərə öyrənməyi buraxmadıqları üçün təşəkkür edib.