Ali məktəbələrə qəbul imtahanının nəticələri qənaətbəxşdirmir? - DİQQƏT! - EKSPERT AÇIQLADI

1 Sentyabr 2022 12:50 (UTC+04:00)

"Artıq universitetlərə qəbul nəticələri açıqlanıb. Təbii ki, bu ilki nəticələrlə keçən ilki nəticələr arasında müəyyən fərqlər var". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, xüsusilə dördüncü ixtisas qrupunda ixtisas yerlərinin azalması rəqabətə güclü təsir göstərir: "Təbii ki, bu da keçid ballarının yüksəlməsinə səbəb olur. Amma digər ixtisas qruplarında bu il o qədər də fərq yoxdur. Bildiyimiz kimi keçən ilə nisbətən bu il yüksək və maksimal bal yığanların sayında azalma var. Təbii ki, bunun müxtəlif səbəbləri var. Amma bir həqiqət var və bu danılmazdır. Əgər, abituriyent davamlı olaraq öz üzərində çalışırsa, əlbəttə ki, bunun nəticəsini görəcək. Düşünürəm ki, sualları elə tərtib edə bilərik ki, 700 bal yığanların sayı çoxala və ya 700 bal yığan ola bilməz".

Arzu Qurbanlı