Camaatımızda belə bir deyim var və yəqin ki, çoxumuz bu deyimi bilir, hətta işlədib də... Deyir, ölənin dalınca danışmazlar. Amma el-obamızda digər bir deyim də var – filankəs öləndən sonra özünə ya rəhmət, ya da lənət qazandı. Və əgər söhbət hər hansı bir tanınmış şəxsdən gedirsə, onda onun arxasınca danışmaq istəməsən belə, bir-iki cümləlik münasibət bildirəcəksən. Necə deyərlər, adətdəndir.
Yanılmadınız, söhbət Mişadan gedir, Mixail Qorbaçovdan, daha dəqiq desək, onun bu dünyanı tərk edərək o biri dünyaya yola düşməsindən və elədiklərinə görə sayı-hesabı bilinməyən haqq-hesabları qarşısında dayanmasından. Bir vaxtlar SSRİ kimi nəhəng və hegemon dövləti Qərbin əli ilə dağıdan, məhv edən, hətta buna görə haqq etmədiyi Nobel sülh mükafatını alan Qorbi ləqəbli Qorbaçov artıq bu həyatda yoxdur!
Uzun-uzadı və təkrarçılıq olaraq onun təkcə Azərbaycan xalqının, bütövlükdə isə SSRİ-də yaşayan millətlərin (ermənilərdən başqa) başına gətirdikləri müsibətlərdən yazmaq istəməsəm də, əslində, Qorbinin ölməsi deyil, gəbərməsi, gorbagor olması, hətta cəhənnəmə vasil olması yayın bu cəhənnəm istisində açığını desəm, ürəyim(iz)ə sərin su səpmiş oldu. Axı nəyə görə də su səpməsin ki, bu adam mənim millətimə, xalqıma qarşı amansız cəlladlıq edənlərin başında dayanırdı!!!
Məgər onun razılığı ilə deyilmiydi ki, Fransada, ABŞ-da yaşayan lobbist erməni millətçilərinin hədiyyə etdikləri şubaları, brilyantları, zəngin və antikvar pay-püşləri acgözlüklə mənimsəyən gorbagor arvadı Raisanın təhriki və istəyi ilə cənnət Qarabağımız qana boyandı, çapıldı, talandı?!
Təkcə Qorbaçovun ölümündən sonra bu məsələyə münasibət bildirən tərəflərin reaksiyalarına baxmaq kifayət edər ki, kimlər onun ölümündən kədərlənir, kimlər isə kədərlənmir. Misal üçün, Qərb dairələri kədərlənirlər və bu vasitə ilə etiraf edirlər ki, Qorbaçov onların bir zamanlar SSRİ-yə qarşı hazırladıqları layihənin bir hissəsidir. Yəni onun hakimiyyətə gələr-gəlməz “perestroyka” şüarı altındakı “demokratiyası”, “aşkarlığı”, “şəffaflığı” böyük bəlaların başlanğıc nöqtəsi oldu. Ona görə də Qərb bu gün onun meyitinə ağlayır. Bu yerdə rəhmətlik nənələrimizin nadürüstlərə tərəf işlətdikləri qarğışları da yadıma düşdü, - ağlar günə qalasınız, necə ki, qalmısınız. Nə isə, Allahın işinə qarşmayaq və keçək o biri məsələyə...
Maraqlıdır ki, bu məsələdə ermənilərin də münasibətləri kifayət qədər ilgincdir. Bütün dünyada nankor və xain genetika kimi tanınan ermənilərin münasibətləri təxminən belədir – “Qorbaçov Bakıda ermənilərin talanlara məruz qalmalarına şərait yaratdı”, “Qorbaçov Sumqayıt hadisələrinin qarşısını ala bilmədi” və buna görə də ona lənət düşür. Amma həmin ermənilər unudurlar ki, Azərbaycan xalqını hiddətləndirən, Azərbaycan torpaqlarına göz dikən, 1988-ci ildən başlayaraq Qarabağda, eyni zamanda, digər ərazilərdə insanlarımıza qarşı qanlı terrorlara start verənlər də məhz onlar olublar. Yəni fakt budur ki, suçlu olan ermənilər həmin suçlarını həyata keçirmək üçün Mixail Qorbaçovdan xeyir-dua almışdılar, indi isə ona lənət oxuyurlar (?!) Və əgər bənzər lənətləri digər xalqların nümayəndələri etsəydilər, bundan təəccüb etməyə dəyməzdi, ermənilərin lənət oxumaları isə, sözün açığı, təəccübləndirir!
Qaldı Azərbaycan xalqının Qorbiyə lənət oxumaları, əslində, o diri ikən də lənətlərimizə məruz qalırdı və gec də olsa, həmin lənətlərimiz öz yerini tapdı və ümid edirik ki, Mişa ondan illər əvvəl cəhənnəmə yollanmış Raisanın yanında özünü kifayət qədər diskomfort hiss edəcək, əbədi cəhənnəmdə isə onu heç kim eşitməyəcək və bu dünyada əldə etdiyi ləl-cəvahiratı da onu xilas etməyəcək.
Hə, unutmamış onu da proqnozlaşdırım. Yaxşı olardı ki, onun gorunu gözlərdən-qulaqlardan uzaq yerlərdə qazsınlar, nə olar-nə olmaz, axı insanlar, xüsusilə, indiki dövrdə çox kinli olublar...