1970-ci illərdən başlayaraq təxminən 15 il ərzində bir çox inkişaf etmiş ölkələrdə işsizliyin müvəqqəti artması və sosial gərginliyin kəskinləşməsi ilə müşayiət olunan sənayenin yenidən qurulması prosesləri baş vermişdir. Bu baxımdan, bir çox ölkələr özünüməşğulluq formasında fərdi sahibkarlığın inkişafı istiqamətində addımlar atıb. Dövlət artan iqtisadi tənəzzül şəraitində müvəqqəti müavinətləri üçün əhəmiyyətli vəsait ayırmağa məcbur olmuşdur. Bu vəziyyətdən çıxmağın səmərəli vasitələrindən biri də işsizləri özünüməşğulluq və fərdi iş yerlərinin yaradılması yolu ilə iqtisadi fəaliyyətə cəlb etməklə onlara kömək etmək idi. Bu tsiklik depressiyalar zamanı bir çox ölkələrdə işsizlərə öz fərdi müəssisələrini yaratmağa kömək etməyə yönəlmiş bir sıra sahibkarlıq təlimi proqramları həyata keçirilmişdir. Özünüməşğulluq termini istər evdə, istər mağazada, istərsə də başqa yerdə öz biznesinə sahib olmaq və yalnız özü üçün işləmək deməkdir. Belə bizneslərin bəzi nümunələri: şəxsi biznes və sosial xidmətlər, daşınmaz əmlak, pərakəndə satış, marketinq araşdırmaları, proqramlaşdırma, müstəqil konsaltinq, reklam və s. kimi misal gətirmək olar.
Bu fəaliyyət sahəsində maraqlı cəhət ondan ibarətdir ki, belə bir sahibkar dövlət və özəl təşkilatlara müəyyən məsələlər üzrə xidmət göstərə bilər. Özünüməşğulluğun başqa bir tərifi özünü təmin etmək, işəgötürənlə müstəqil işləmək və ya sərbəst peşə üzrə mütəxəssis kimi fəaliyyət göstərməkdir. Biznesin əldə edilməsinin effektivliyini və onun gələcək inkişaf perspektivlərini qiymətləndirmək üçün kifayət qədər mürəkkəb iş kompleksi həyata keçirmək lazımdır. Özünüməşğulluq yolu ilə getmək istəyən şəxs fəaliyyət istiqamətini seçməli, biznes plan hazırlamalı, onu peşəkar məsləhətçinin ekspertizasına təqdim etməli, sonra isə öz layihəsinə maliyyə və texniki dəstək üçün vəsait axtarmalıdır. Özünüməşğulluqda ən böyük çətinliklər başlanğıc dövrü, maliyyələşdirmə və hesabat, hüquqi və inzibati məsələlərdir. Mürəkkəb məsələlərin həlli üçün hər bir ölkədə özünüməşğulluğun dəstəklənməsi və inkişafı üçün ilk növbədə işsizlərə, əlillərə və öz səylərini biznes sahəsində tətbiq etmək imkanı axtaran gənclər ixtisaslaşdırılmış proqramlar yaradılır. ilk dəfə özünüməşğulluğun inkişafı və dəstəklənməsi üçün belə proqramlar 1970-1980-ci illərdə Avropada meydana çıxdıb. Proqramların strateji məqsədi işsizlərin özləri tərəfindən onlara texniki yardım göstərmək, kreditlər, qrantlar və müxtəlif imtiyazlar vermək, habelə sosial yardım və ya müavinətlərdən kapitallaşmaq imkanı yaratmaq olmuşdur. Bununla yanaşı, bir çox proqramlar başlanğıc dövründə praktiki təlimlər, məsləhətlər və müxtəlif növ biznes xidmətləri şəklində dəstək veriblər. Özünüməşğulluğun inkişafı proqramları ilk növbədə sosial müavinət alan işsizlərə yönəldilmişdir ki, onlar öz bizneslərini yaratmaq prosesində bütün praktiki təlim müddətində maddi dəstəyini itirməyəcəklərinə əmin ola bilsinlər.
Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı SİA-ya açıqlamasında bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır.
Özünüməşğulluq– şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.
Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində Özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən kiçik biznesə başlamaq istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərürfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa mal və materiallar formasında aktivlər verilir.
Özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər.
Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı üzrə (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq) istehsal və xidmət istiqamətləri üzrə aktivlər təqdim edilir.
Proqram həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqaisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır. Ümumilikdə isə özünüməşğulluq proqramının üstün tərəflərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması;
- Mikro və kiçik sahibkarlığın inkişafı;
- Yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması;
- İctimai vəsaitlərin (dövlət vəsaitləri) xərclənməsində səmərəliliyin artırılması;
- Yoxsulluq səviyyəsinin azaldılması;
- İqtisadiyyatda inkluzivliyin gücləndirilməsi.
Proqramın icrası zamanı üstün hüquqa malikdirlər:
Şəhid ailələrinin üzvləri;
Ünvanlı dövlət sosial yardımı alan şəxslər;
Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar;
1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslər;
Pensiya yaşına 2 ildən az qalmış şəxslər;
Cəzaçəkmə müəssisəsindən azad edilmiş işsiz şəxslər.
Özünüməşğulluğun təşkili aşağıdakı mərhələləri əhatə edir:
Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;
Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;
Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;
Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;
Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi.
Özünüməşğulluq proqramına cəlb edilən şəxslər aktivlərlə təmin edilməzdən əvvəl təlim kurslarına cəlb edilir. Proqram iştirakçılarına özünüməşğulluq istiqaməti üzrə nümunəvi biznes planın hazırlanması, özünüməşğulluq istiqaməti üzrə fəaliyyətin təşkilinə dair əsas biliklər, biznes fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi prosedurlar öyrədilir, motivasiya yönümlü təqdimatlar edilir, bazarlara çıxış imkanlarının artırılması və digər dövlət proqramlarından istifadə ilə bağlı perspektivlər izah olunur. Təlimlər bitdikdən sonra iştirakçıların özünüməşğulluq fəaliyyətinə başlamaq üçün hazırlığı qiymətləndirilir. Biznes planını uğurla müdafiə edən şəxslər əmlak formasında aktivlərlə təmin edilir.
Proqrama cəlb olunmuş şəxslərə aktivlər təqdim edildikdən sonra da onlara biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər verilir. Özünüməşğulluq fəaliyyətinin 1 il ərzində bu fəaliyyətin monitorinqi aparılır. Müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Vətəndaşlar Proqrama cəlb edilmək üçün Dövlət Məşğulluq Agentliyinin Ərazi Məşğulluq filiallarına, DOST Mərkəzlərinə müraciət edə və ya www.e-sosial.az portalı vasitəsilə “Məşğulluq” altsistemi üzərindən qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, ötən il proqrama 16 232 şəxs cəlb edilib. Bu isə proqramın icrasına başlandığı 2017-ci il ilə müqayisədə 13,6 dəfə genişlənib.
Proqramın əhatə dairəsinin genişləndirilməsi və yeni özünüməşğulluq istiqamətlərinin yaradılması məqsədilə beynəlxalq və yerli qurumlarla əməkdaşlıqlar həyata keçirilir. Dünya Bankı ilə birgə “Azərbaycanda məşğulluğa dəstək” layihəsi həyata keçirilir. 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçıları üçün kiçik bizneslərini qurmaları üçün dəstək göstəriləcək. Dövlət Məşğulluq Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi də özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilir. Proqram çərçivəsində digər istiqamətlər olaraq “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi, “Biznesini yarat marafonu”, “Məktəbim” layihəsi, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi, “Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsi, “Ağıllı kənd” layihəsi və s. icra olunur.
Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır.
Özünəməşğulluq proqramına işsizlər və mülkiyyətində kənd təsərrüfatı təyinatlı yararlı pay torpaqı olub, digər məşulluğu olmayan işaxtaran şəxslər cəlb olunurlar. Bu sözləri SİA- ya açıqlamasında deputat Azər Badamov qeyd edib. Özünəməşğulluq prorpamının əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi və işsizliyin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. İşaxtaran işsiz şəxslərə dövət dəstək göstəir. Bu dəstək həmin şəxsləri kurslara cəlb etməklə maarifləndirməklə, biznes planlarınının hazırlanmasına kömək etməklə və aktivlərlə təmin etməklə həyata keçirilir. Beləliklə, nəticədə işsiz və dövlətin əlinə baxan şəxslər sahibkarlara çevrilir. Nəticədə, müstəqil öz büdcəsini formalaşdıra və hətta əlavə işyerlərini yarada bilir. Təcrübədə belə hallar çox olmuşdur. Məsələn, əvvəl işsiz və dövlətdən sosial yardım alan şəxs özünəməşğulluq proqramından yararlanaraq bir neçə ildən sonra biznesini genişləndirir və özü bir neçə nəfəri işlə təmin edir. Bu da yeni iş yerlərinin yaradılmasına töhfə deməkdir. Özünə məşğulluq proqramına qoşulmağına üstünlük verilən şəxslərin siyahısına nəzər yetirək. Bunlar ünvanlı dövlət sosial yardım alanlar, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, şəhid ailəsinin üzvləri, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlar, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərdirlər. Bu kateqoriyadan olanlar demək olar ki, iş tapmaqda daha ümidsiz şəxslərdirlər. Onların başqa bir yerdə işaxtarmaq imkanları daha aşağıdır. Dövlət belə şəxsləri özünəməşğulluq proqramlarına cəlb etməklə onlara ailə biznesinin yaradılmasına və özlərini cəmiyyətin dəyərli bir üzvü olduqlarını hiss etmələrinə imkan verir.
Özünəməşğulluq proqramları ölkə iqtisadiyyatının güclənməsinə töhfə verir. Əgər dövlətin yardımında gözü olan bir ailənin büdcəsini özünün gəlirləri hesabına müstəqil formalaşdıra bilirsə, təbii ki, bunun çoxtərəfli əhəmiyyəti vardır. Özünəməşğulluq proqramlarına cəlb olunaraq düzgün qurulmuş ailə biznesini yaradan şəxslər mikro və kiçik sahibkarlıq subyektlərinə çevrilir. Təbii ki, sahibkarlıq subyektlərin çoxalması ölkə iqtisadiyyatının güclənməsinə gətirib çıxarır. Məsələn, əvvəllər dövlətdən alacağı sosial yardımı gözləyən şəxsin özü dövlətin dəstəyi ilə sahibkara çevrilir və dövlət büdcəsinə vergi ödəməyə başlayır. Vergi ödəyicilərin sayının artması büdcəyə daxilolmaların artması deməkdir. Ona görə də özünəməşğulluq proqramının genişləndirilməsini vacib hesab edirəm.
Özünəməşğulluq proqramlarının genişlənməsinin məqsədlərindən biri də yeni iş yerlərinin yaradılması olduğundan, bu da ölkədə işsizliyin azalmasına müsbət təsir göstərir. Müqayisə üçün belə bir statistikaya diqqət yetirək. Ötən il 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Proqramın fəaliyyət sahələrinin sayı da artaraq 44-ə çatıb. Yəni hər il bu proqrama cəlb olunanların sayı və təqdim olunan fəaliyyət sahələrin çeşidliyi artır. Bu, o deməkdir ki, aztəminatlı ailələrin özünəməşğulluq proqramına cəlb olunaraq sahibkarlıq subyektinə çevrilmək imkanları genişlənmişdir. Təbii ki, aztəminatlı ailələrin həcminin azalması, bu həm də ölkədə yoxsulluğun azalması deməkdir. Hesab edirəm ki, ölkədə özünəməşğulluq proqaramları genişlənməlidir. Bu proqarma qoşulmaq üçün edilmiş müraciətlər sürətlə təmin olunmalı və dövlətdən alınan aktivlərdən səmərəli istifadə olunması üçün nəzarət mexanizmi güclənməlidir. Özünə məğşulluq proqramı ölkədə işsizliyin və yoxsulluğun azalmasına və iqtisadiyyatın daha da dayanıqlı olmasına yol açır.
İqtisadçı Eyyub Kərimli isə ümumiyyətlə, dünyada qəbul olunan prinsiplərdən biri insanları özünüməşğulluqla təmin olunmasıdır ki, bu, həm insanların gəlirlərin və rifahın yaxşılaşdırılması, həm ev təsərrüfatların inkişaf etdirməsidir, həm də mikrobiznes sahəsinin rəqabətliliyin artırılmasına təsir göstərir. Özünüməşğulluq programların genişləndirilməsi sözsüz ki, inflyasiya təsirlərini azaltmağa yardımçı ola bilər. Bu cür programların əsas məqsədi qeyd etdiyim kimi ailələrin rifahının artırılması, dövlətdən asılılığının azaldılması, onları bilik və vərdişlərlə təmin edilməsi, həmçinin kiçik biznes vərdişləri ilə təmin olunması göstərilir. Gələcəkdə belə layihələrin genişləndirməsi üçün müəyyən tədbirlər görülür. Həm avadanlıqlarla təmin edir, həm də ailələrin uzun müddətli işlərin qurulması və yoxsulluq səviyyəsinin azaldılması üçün əhəmiyyətli program kimi vətəndaşlara xidmət göstərir.
Havar Şəfiyeva