"Rusiyanın Qərb ölkələri və ABŞ ilə münasibətləri normallaşmayacaq" POLİTOLOQ ŞƏRH ETDİ

31 Avqust 2022 13:11 (UTC+04:00)

"Nə qədər ki, Rusiya Ukraynada işğalçı müharibə aparır, Rusiyanın Qərb ölkələri və ABŞ ilə münasibətləri normallaşmayacaq və gərgin olaraq qalacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Amerikanın Rusiyaya qarşı sərt sanksiyaları var: "Bu durum davam edəcək. ABŞ Çin və Rusiyaya qarşı sərt siyasət yürütdü. Lakin Çindən fərqli olaraq Rusiyaya sərt sanksiyalar etməklə geri çəkilməsini istədi. Bu sanksiyalar illərlə davam edəcək. Rusiya və Ukrayna müharibəsinin əsası Rusiyanın Krımı ilhaq etməsi ilə başladı. Rusiya müharibəni dayandırmaq istəmir və qərarlarında qətidir. Belə olduğu halda, münasibətlərdə gərginlik davam edəcək".