Tennis Federasiyasının ümumi yığıncağı keçirilib - FOTOLAR

31 Avqust 2022 12:38 (UTC+04:00)

Avqustun 31-də Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib. SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə yığıncaq iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Federasiya prezidenti Oqtay Əsədov yığıncaqda çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib.

Sonra, Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib yeni seçki keçirilib. Oqtay Əsədov yenidən növbəti müddətə federasiyanın prezidenti seçilib.

Yığıncaqda həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər.