NASA sentyabrda Aya kosmik raket göndərəcək

31 Avqust 2022 05:06 (UTC+04:00)

Aya pilotsuz uçuş çərçivəsində daşıyıcı raketin fəzaya göndərilməsi sentyabrın 3-nə nəzərdə tutulub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə NASA-nın Aya uçuş proqramının rəhbəri Maykl Sarafin məlumat verib.

Sarafin qeyd edib ki, gəminin startı 3 sentyabr saat 14.17-də ABŞ-ın Şərqində həyata keçiriləcək. Hava şəraitinə görə start 1 gün təxirə salınıb.