Bakıda itkin düşmüş 10 yaşlı uşaq tapılıb

30 Avqust 2022 23:56 (UTC+04:00)

Səbail rayonu ərazisində itkin düşmüş azyaşlı tapılıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev xəbər verib.

Qurum rəsmisi qeyd edib ki, 10 yaşlı azyaşlı qısa müddətdə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.