Bu gün Türkiyə Cümhuriyyətinin 30 avqust - Zəfər bayramının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib.
Daha sonra isə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı ilə bağlı təbrik məktubunu səsləndirib.
Cahit Bağcı eyni zamanda İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi dəstəyə də diqqət çəkib.
Qeyd edək ki, tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, müdafiə nazirinin müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən bir sıra səfirliklərin nümayəndələri və media nümayəndələri iştirak ediblər.
Arzu Qurbanlı