UNEC-də “Soft skills” təlimlərinə start veriləcək

30 Avqust 2022 17:50 (UTC+04:00)

Sentyabrın 5-dən UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən UNEC-in professor-müəllim və inzibati heyəti üçün “Soft skills” (yumşaq bacarıqlar) təlimlərinə başlanılacaq.

500 nəfərin qatılacağı “Soft skills” təlimləri 4 müxtəlif modul - “Effektiv kommunikasiya” (Effective communication), “Vaxtın idarə edilməsi” (Time management), “Uğurlu komanda qurmaq” (Building a successful team) və “Problemlərin həlli metodları” (Problem solving methods) üzrə aparılacaq.

Təlimləri UNEC Ömürboyu Təhsil mərkəzinin təşkilatçılığı ilə İsrail və Azərbaycanda xarici ekspertlər tərəfindən təlim keçmiş, peşəkar UNEC müəllimlər keçəcəklər.