Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin yüksəkixtisaslı uzman həkim-ginekoloqu Gülnar Nuriyeva 30 avqust 2022-ci il tarixində “Hamiləlik zamanı hansı testlər verilməlidir?” mövzusunda canlı yayımda çıxış edib.Canlı yayımı Mərkəzi Gömrük Hospitalının rəsmi youtube kanalında izləyə bilərsiniz.
Link: https://youtu.be/4doOHMvpKKM.
Qeyd edək ki, Dr.Gülnar Nuriyeva 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında həkim-onkoloq kimi internatura təhsili almışdır. Dr.Gülnar Nuriyeva 2012-2016-cı illərdə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitet Xəstəxanasında mama-ginekoloq ixtisası üzrə, 2018-2021-ci illərdə isə İsrailin Qüds şəhərində Hadassah Universitet xəstəxanasında Ekstrakorporal mayalanma təhsil proqramı üzrə üst ixtisas əldə etmişdir. Türkiyə və İsrail Ginekologiya Cəmiyyətlərinin həqiqi üzvüdir.
Bir sıra Beynəlxalq Qadın xəstəlikləri və Doğum konfranslarının iştirakçısı və məruzəçisi olmuşdur. O, 2021-2022-ci illərdə özəl tibb müəssisəsində Doğum şöbəsinin müdiri, mama-ginekoloq kimi fəaliyyət göstərib.