İran PUA-ları Rusiyada

30 Avqust 2022 16:17 (UTC+04:00)

Rusiya Ukrayna ilə müharibədə istifadə etmək üçün bu ay Tehrandan aldığı İran istehsalı olan silahlı pilotsuz aparatlarında “çoxsaylı nasazlıqlarla” qarşılaşıb. SİA xəbər verir ki, bu barədə Vaşinqton rəsmiləri deyib. Rəsmilər bildirib ki, Rusiya bu ay bir neçə gün ərzində "Mühacir-6" və "Şahid" adlı pilotsuz uçuş aparatlarını qiymətləndirib.

Rusiya Ukraynada döyüş meydanında havadan-yerə hücum, elektron müharibə və hədəf seçə bilən İran PUA-larından istifadə etmək niyyətindədir.