Ukrayna cənubda itirilmiş ərazilərini geri qaytarmaq üçün əks hücuma keçib. SİA xəbər verir ki, Rusiya müqavimət üçün Suriyada yerləşdirilmiş S-300 raket sistemlərini Krım yaxınlığındakı Rusiya limanına daşıyıb.
İsrailin peyk şirkəti aprel ayında Suriyanın şimal-qərbindəki S-300-ləri mövcudluğunu göstərən görüntüləri və avqustun 25-də həmin ərazinin boş olduğunu göstərən görüntüləri paylaşıb.
Digər görüntülərdə raketin hissələri avqustun 12-dən 17-dək Tartus limanında görünür. Peyk şirkəti bu parçaların avqustun 20-də limandan çıxdığını bildirib. Raketlərin Tartus limanından Rusiyanın Qara dəniz limanı Novorossiysk istiqamətində hərəkət edən "Sparta II" gəmisi ilə Rusiyaya gətirildiyini qeyd edib.