Nə qədər çox inad edəcəklərsə, Yaşma, Komando və Yarasa üçün onlarla “təlim-tərbiyə” işlərini aparmaq bir o qədər rahat olacaq
Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti yerləşdikləri ərazilərdə, xüsusilə Xankəndidə separatçılar arasında kəskin ziddiyyətlər yaşanmaqdadır. Belə ki, avqustun əvvəlindən, daha dəqiq desək, “Qisas” əməliyyatı keçirildikdən, eləcə də Laçın şəhəri daxil olmaqla Zabux və Sus kəndlərinin Azərbaycanın yurudiksiyası altına keçməsindən sonra başlayan gərginliklər pik həddinə çatıb.
SİA-ya daxil olan məlumata görə, iki tirəyə bölünmüş erməni separatçılarının bir qismi kvazidövlətin quldur çetesinin istefa verməsini tələb edir, ikincilər isə birinciləri təxribatçılıqda ittiham etməklə istefaya getməyəcəklərini deyirlər.
Xankəndinin mərkəzi meydanına 1500-ə qədər insanın toplandığı bildirilir
Bu arada, “Kavkazskiy uzel” RSK-nın müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ regionundakı yerli mənbələrinə istinad edərək yazır ki, Araik Arutyunyana qarşı çıxan müxalifətçi separatçılara Tiqran Petrosyan adlı “pariya sədri” rəhbərlik edir və o, əsasən İrəvandan idarə olunur. Məhz bu şəxs ötən gün Arutyunyanla görüşməyə nail olsa da, istefa tələbinə qarşılıq olaraq “yox” cavabı alıb. “Arutyunyan üçün insanların taleləri dəyərsizdir, “ölkənin və vətəndaşların” gələcəyinə tüpürmək belə istəmir”, deyə müxalifətçi-separatçı Petrosyan bildirib.
Maraqlıdır ki, onun Araiklə görüşündən sonra Xankəndinin mərkəzi meydanına 1500-ə qədər insanın toplandığı da bildirilir. Etirazçıların bir neçəsi də Tiuqran Petrosyanın tələblərinə dəstək göstərdiklərini deyərək bildiriblər ki, kvazidövlətin rəhbərliyi bütünlüklə istefaya getməlidir və s.
Müxalifətçi separatçılar quldur separatçılara...
Məsələn, Armen Sarqsyan adlı separatçı deyir: “Ölkəni” şərəfli adamlar idarə etməlidir, yalançılar, dezertirlər və savadsız insanlar deyil”.
Vigen Poqosyan adlı digər separatçı isə bildirir: “Kimlər ki, 2020-ci il müharibəsində gizlənərək öz oğullarını da gizlədirdilərsə, onlar heç bir vəzifədə olmalı deyillər”.
Raisa Hayrapetyan adlı qadın separatçı isə bildirir ki, Laçın şəhəri və Zabuxdan sonra “hakimiyyət” digər yaşayış məntəqələrini də təslim etməyə davam edəcək: “Dağlıq Qarabağ hakimiyyəti” insanların “artsaxdan” getmələri üçün mümkün olan hər şeyə əl atırlar ki, “vətənimizi” Azərbaycana təslim etsinlər. Biz gərək bunun qarşısını alaq”.
Göründüyü kimi, məhz belə bir yerdə birbaşa erməni separatçılarına və daşnak xislətlilərinə aid olan qədim və ənənəvi atalar sözü növbəti dəfə yada düşür – qozbeli qəbir düzəldər. 44 günlük müharibədən və son proseslərdən nəticə çıxara bilməyən, sanki özləri-özlərinə qəsd etmək ehtirasında olduqlarını nümayiş etdirən bu sadomazoxistlər tayfası reallığı dərk etmək yerinə hələ də öz köhnə, iy verən “miatsum” adlı yuxularından ayıla bilmirlər.
Bir-birlərini qırıb-çatmaqdansa, yaxınlaşan acı aqibətləri barədə düşünüb-ayılsınlar
Onlar hələ də anlamılrlar ki, kim olursa-olsun, istər Araik və komandası, istərsə də onların istefasını tələb edən digər separatçılar – belələrinin hər biri tək-tək Azərbaycan torpaqlarından köklü şəkildə rədd ediləcəklər. Yaxud, müvafiq hüquqi cəzalarını alacaqlar. Ona görə də, bir-birlərini qırıb-çatmaqdansa, yaxınlaşan acı aqibətləri barədə düşünüb-ayılsınlar.
Bütövlükdə isə fakt budur ki, separatçılarda məğlubiyyətə uğramışlıq və panik əhval-ruhiyyəsi get-gedə artır. Və belələri nə qədər çox inad edəcəklərsə, Yaşma, Komando və Yarasa üçün onlarla “təlim-tərbiyə” işlərini aparmaq bir o qədər rahat olacaq. Görünür, onlara növbəti və yeni dərslərin keçilməsinin vaxtı çatıb. Artıq küçədə sentyabr ayıdır...
Rövşən RƏSULOV