İtaliyada Giorgia Meloni hakimiyyətə gəldikdən sonra abortları "demək olar ki, qeyri-mümkün" edəcəyinə söz verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu məsələ ilə bağlı ölkədə başlayan müzakirələrə İtaliyanın dünyaca məşhur moda ikonu Chiara Ferragni də daxil edilib.
Ferraqni 27,7 milyon izləyicisi olan "İnstaqram" səhifəsindən Meloni-ni tənqid edib. Ferragni partiyanın güclü olduğu bölgələrdə abortu çətinləşdirdiyini bildirən məqalə paylaşıb. Onun çıxışı izləyicilərini ayağa qaldırıb.
Ferragni dünya nəhəng brendləri ilə işləyir. Onun tövsiyə etdiyi və geyindiyi məhsullar tükənir.
Ayşən Vəli