Rusiyada helikopter qəza enişi edib

29 Avqust 2022 16:05 (UTC+04:00)

Rusiyanın Surqut şəhəri yaxınlığında "Mi-8" helikopteri qəza enişi edib.

SİA-nın məlumatına görə, helikopterdə 7 heyət üzvü olub. Onların taleyi barədə hər hansı bir məlumat alınmayıb.

Helikopterlə əlaqənin itdiyi bildirilir. Helikopterin və heyət üzvlərinin axtarışına xilasedicilər cəlb edilib.