Dr.İsmayıl Əfəndiyev beynəlxalq tədbirdə Azərbaycan Respublikasını təmsil edir

29 Avqust 2022 14:36 (UTC+04:00)

26 avqust – 2 sentyabr 2022-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərində Birləşmiş Millətlər Təşkilatının “Kimyəvi maddələr və tullantılar üzrə qlobal strategiyanın hazırlanması” üzrə dördüncü iclası keçirilir. Azərbaycan Respublikasını bu tədbirdə DGK Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təmsil edir.

BMT-nin "Kimyəvi maddələr beynəlxalq səviyyədə idarəetməyə strateji münasibəti" (SAİCM) Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, Ümümdünya Səhiyyə Təşkilatı və bir sıra digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən dəstəklənən bu qlobal görüşdə 160-dan çox ölkələrin hökümət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Tədbirdə biokumlyativ, kanserogen və zərərli kimyəvi maddələrin istehsalını və istifadəsini məhdudlaşmaşı, təhlükəli pestisidlərin əvəzlənməsi, toksik tullantıların aradan qaldırması, həssas qrupların zəhərli maddələr təsirindən qorunması və digər aktual mövzularda müzakirələr aparılmışdır.

Müzakirələrin nəticələri 2023-cü ildə Almaniyanın Bonn şəbərində keçiriləcək “Kimyəvi maddələrin idarəetməsi” üzrə BMT-nin 5-ci Beynəlxalq Konfransına təqdim olunacaq.