“Türkiyə Maarif Vəqfi 17.06.2016-ci ildə TBMM tərəfindən 6721 saylı qanunla qurulan və xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisəsləri açma səlahiyyətinə malik dövlət qurumudur”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi və 50.000-ə yaxın şagird təhsil alır: “Beynəlxalq Maarif Məktəblərinin əsas istiqamətlərindən biri də şagirdlərin vətənpərvər, millətinə, bayrağına, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual bir şəxsiyyət kimi formalaşaraq, gələcək hədəflərinə sərbəst qərarlarla addımlamasını, insanların ortaq dəyərləri ilə Anadolunun hikmət ənənəsini və mədəniyyətini bir araya gətirməkdən ibarətdir”.
Arzu Qurbanlı