Papua-Yeni Qvineya sahillərində 5 bal gücündə zəlzələ baş verib

29 Avqust 2022 08:29 (UTC+04:00)

Papua-Yeni Qvineyanın şimal-şərqində 5 bal gücündə zəlzələ qeydə alınıb.

SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Lae şəhərindən (Morobe vilayətinin inzibati mərkəzi) 90 km şimalda yerləşib. Yeraltı təkanların ocağı 57 kilometr dərinlikdə olub.

Xəsarət alanlar, dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.