Güclü yağış və fırtına Çexiyanı vurdu: itkilər var

27 Avqust 2022 15:31 (UTC+04:00)

Çexiyada güclü yağış və tufan nəticəsində ağaclar aşıb, ölənlər var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yüngül xəsarət alıb.

Güclü Yağış və Fırtına bütün ölkəni mənfi təsir edib. Yanğınsöndürənlər 165 hadisəyə müdaxilə edilib, paytaxt Praqada tramvay xətləri sıradan çıxıb səfərləri ləğv edilib, fırtına səbəbindən çoxlu ağaclar yıxılıb.