Türkiye və Meksika mədəniyyətinin təqdimatı olub

27 Avqust 2022 00:16 (UTC+04:00)

Türkiyenin Nyu-York Baş Konsulluğunun ev sahibliyi etdiyi tədbirdə Türkiye və Meksikanın mədəniyyəti, incəsənəti və mətbəxinin təqdimatı olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İştirakçılara Meksika və Türkiye mətbəxinə məxsus yemək və içkilər təqdim edilib. Meksika rəqsləri nümayiş etdirilib, türk musiqisi icra edilib.

Tədbirə ev sahibliyi edən Türkiyenin Nyu Yorkdakı baş konsulu Reyhan Özgür bildirib ki, mədəni qarşılıqlı əlaqə vasitəsilə Türkiye və Meksika arasındakı əlaqələrin irəli pillələrə qaldırılması məqsəd götürülüb.

İki ölkə arasında diplomatik əlaqələrin 1927-ci ildən başladığını xatırladan Özgür Türkiyenin Meksika ilə mədəniyyətdən turizmə, iqtisadiyyatdan ticarətə qədər müxtəlif sahələrdə əlaqələrini inkişaf etdirmək istədiyini vurğulayıb. Türkevinin təşkil etdiyi tədbirlərlə Nyu Yorkdakı immiqrant cəmiyyətlərin bir araya gəldiyini sözlərinə əlavə edib.