ABŞ Ayda koloniya qurmaq missiyasına hazırlaşır

26 Avqust 2022 23:36 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının Kosmik və Aviasiya İdarəsi - NASA yeni nəsil meqa raketi ilə keçmişdə Ay uçuşları ilə əldə etdiyi şöhrəti yenidən qazanmağa hazırlaşır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“NBC News”un xəbərinə görə, NASA 29 avqustda ABŞ-ın Florida ştatında sınaq uçuşu üçün kosmosa yeni nəsil meqa raket, Kosmos Başlama Sistemi (SLS) və raketi daşımaq üçün nəzərdə tutulan Orion kapsulunu buraxacaq.

Kapsul və raket kombinasiyası SLS-Orion kosmik gəmisinin Kanaveral (Cape Canaveral) burnunda yerləşən Kennedi Kosmik Mərkəzindən buraxılması və Ay ətrafında 6 həftəlik “Artemis-1” sınaq uçuşundan sonra Yerə qayıtması planlaşdırılır.

NASA Artemis proqramı ilə 1960-1970-ci illərdə həyata keçirdiyi Apollon (Appolo) layihəsi ilə əldə etdiyi uğuru bir daha əldə etmək istəyir.

Uçuş dünyanın ən mürəkkəb və güclü raket gəmisi olduğu düşünülən SLS-Orion kosmik gəmisinin astronavtları aparmağa hazır olub-olmadığını yoxlamaq məqsədi daşıyır.

SLS NASA-nın Apollon layihəsi zamanı uçduğu “Saturn V” raketlərindən sonra düzəltdiyi ən böyük yeni şaquli buraxılış sistemini təmsil edir.

Bildirilir ki, SLS-Orion kosmik gəmisinin layihələndirilməsi, tikintisi, sınaq və yerüstü qurğuları NASA-ya indiyədək ən azı 37 milyard dollara başa gəlib.

Qeyd edək ki, adını yunan mifologiyasındakı Apollonun əkiz bacısı Artemidanın adını daşıyan NASA-nın “Artemis” layihəsi astronavtları Aya, insanları Marsa göndərmək məqsədi daşıyan daha iddialı kosmik səyahətlər üçün tramplin rolunu oynayaraq ən tez 2025-ci ilə qədər uzunmüddətli Ayda koloniya qurmaq missiyasına başlayacaq.